• Skip to main content
  • Skip to footer

Fashion Symbols with Aynura Maye

Bringing together the opposites

  • AQA Series
  • Galosce Zhiguli
    • Qaloş Jiquli
  • Fashion
    • Fashion & Myths
  • The (Un)Conscious
  • About Me
  • Contact
You are here: Home / Archives for moda

moda

Moda dizayneri kimdir?  Dərzi, sosioloq ya dəb rəssamı?

March 3, 2022 by Aynura Maye

Tod’s brendi üçün kapsul kolleksiya hazırlayan gənc moda dizaynerimiz Leyla Babayeva ilə söhbət

Qaloş Jiquli seriyası sizə isti xəbərlə gəlir. Yəqin ki, həm də ən gənc qonağı ilə – yetişməkdə olan moda dizaynerimiz Leyla Babayeva ilə tanış olun. Leyla lüks İtaliyan ayaqqabları ilə məşhur olan Tod’s brendinin Regenerasiya layihəsi (Re-generation) üçün seçilmiş 20 tələbədən biridir. Layihə hələ tam başa çatmayıb, səbirsizliklə sonunu gözləyirik. Hazırda Maranqoni Moda Dizaynı İnstitutunun Milan filialında təhsilini başa vurmaqdadır. Moda sektoruna gəlməsəymiş, ya ADA Universitetində diplomatiya oxuyacaqmış, yaxud da Rəssamlıq Akademiyasına müraciət edəcəkmiş. Çünki, lap uşaqlıqdan rəssamlıqla məşğul olub və xeyli mükafat və sertifikatlar qazanıb. Lakin valiydenlərinin də dəstəyini gördükdən sonra peşəkar moda dizayneri olmaq arzusunu reallaşdırmaq qərarına gəlib. Rəssamlıq bacarığı indiki işində hava su kimi lazımdır. Çox yaxşı da söhbət tərəfdaşıdır və uzun-uzadı söhbət etmişik. Ürəyi bu işdədir və tanınmış dizayner kimi yetişəcəyi hiss olunur. Məqsədyönlüdür və çalışqandır. Söhbətimiz zamanı maraqlı məsləhətlər verib. Buyurun oxuyun, siz də fikirlərinizi bildirin.

Leylanın dizayn portfeli ilə behance şəbəkəsində tanış ola bilərsiniz.

Tod’s markasını yenidən interpretasiyası üçün Leylanın hazırladığı kolleksiya barədə tam məlumatı Tod’s Akademiyasının saytından oxuya bilərsiniz.

Məqaləni ingilis dilində buradan oxuya bilərsiniz

Leyla, bu son layihə barədə danışın zəhmət olmasa.

Söhbət Tod’s brendinin Regenerasiya (Re-generation) layihəsindən gedir. Bu, artıq faəliyyətinin ikinci ilinə qədəm qoymuş Tod’s Akademiyasının Maranqoni Moda Dizaynı İnstitutu ilə əməkdaşlıq layihəsidir. Əslində mənim gözləmədiyim hadisələrdən oldu. Ötən ilin oktyabr ayı idi. Bir gün dərsə gələndə bizə məlumat verdilər ki, Tod’s Akademiyası Maranqoni institutundan 20 tələbə seçib. Bu tələbələrdən on nəfəri Milan kampusundan, digər on nəfəri isə Florensiya kampusundan idi. Seçim prosesində Maranqoni universiteti iştirak etməmişdir. Tod’s Akademiyası özü tələbələrin portfellərini təhlil edərək seçim etmişdir. Mən Milan kampusundan seçilən on tələbənin arasında idim və bizi nə gözlədiyi barədə heç kimin məlumatı yox idi. ­Tezliklə bizə layihə barədə təqdimat edildi və yeni kolleksiya yaratmaq üçün bir həftə zaman verdilər. Əslində bir həftə bir kolleksiya yaratmaq üçün çox az zamandır, kolleksiyanın mövzusunu seçmək, moodboard (ilham lövhəsi) hazırlamaq və s. vaxt aparan işlərdir. Vaxtın darlığı üzündən iş çətin idi, ancaq çatdırmalı idik. Hətta moda idarəetməsi üzrə təhsil alan tələbələrlə birlikdə peşəkar çəkilişlər edib kommunikasiya strategiyası da hazırladıq. İlk dəfə idi ki, İtaliyan brendi olan Tod’s bir İtaliyan moda məktəbi ilə əməkdaşlıq edirdi. Bundan əvvəlki əməkdaşlığı isə Londonda yerləşən Central Saint Martins Universiteti ilə olmuşdur. Lakin, pandemiya səbəbindən ilk layihə tam olaraq virtual həyata keçirilmişdir. Xoşbəxtlikdən bu il hərəkət imkanı vardı və bizi Tod’s brendinin Marke əyalətində yerləşən baş qərargahına apardılar. Tod’s Akademiyası da orda yerləşirdi.

Həmin bir həftə ərzində ən çətin iş nə oldu?

Konseptin seçilməsi. Ümumiyyətlə, moda dizaynı zamanı konseptin seçilməsi işin ən çətin hissəsidir. Konsept seçimini etdikdən və moodboard hazırlayandan sonra eszikləri iki günə tamamladım. Konsept seçimim və moodboard üçün ilham mənbəyim Western all’Italiana (İtaliyansayağı qərbli) filmi oldu. Kapsul kolleksiyanın adı Ride out to the old sundown idi. Çünki bu filmi italiyanlar çəkmişdilər və kovboy (cowboy) mövzulu film idi. Məqsədim italiyanların digər mədəniyyətlərlə qarışdığında öz kimliyini nə cür saxladıqlarını göstərmək idi. Bundan əlavə, kovboy stili artıq bir neçə ildir ki, dəbə qayıdıb, demək olar ki, bütün markaların kapsul kolleksiya da olsa kovboy stilində məhsulları var, ancaq Tod’s hələ bu mövzuya müraciət etməmişdi. İstəyirdim Tod’s indiyə qədər etmədiyi bir şey edim. Tod’s üçün öz irsini saxlamaq vacibdir. Bu səbəbdən, onun ənənələrini bu yeni stildə interpretasiya etməli idim.

View this post on Instagram

A post shared by Tod's (@tods)

Kovboy stilində nəyi fərqli interpretasiya etdiniz?

Tod’s ayaqqabılarının altında işlənən material “qommino” adlanır. Mən kolleksiyamda qomminonun formasını yenidən işlədim. Bundan əlavə, Tod’s adını balaca qommino ilə işləmişdim və bu Maranqoninin direktoru daxil, çox müsbət qarşılanmışdı. Bu markanın loqosu şirdir və ənənəvi yerləşdirildiyi yerlər var. Onun yerləşdiyi yeri dəyişmişdim, ayaqqabıda başqa yerə yerləşdimişdim. Daha gənc ruhlu, həm klassik, həm də idman tərzini bir araya gətirən interpretasiya üzərində çalışmışdım. Yenə qeyd etmək istəyirəm ki, bütün bu proses üçün konsept seçimi vacibdir. Bu seçimi etmək mənə asan olmadı. Mövzu seçiminin arxasında həmişə araşdırma durur. Məsələn, universitetdə konsept seçimi üçün bizə bir ay zaman verirlər. Hərdən elə olur ki, adam mövzunu seçir, amma iki ay sonra anlayrısan ki, nəsə uyğun gəlmir yaxud alınmır. Həm də nəzərdə saxlamaq lazımdır ki, bu konsept sonda fiziki məhsulda öz ifadəsini tapacaq. Ona görə konsept seçimi moda dizaynında məncə ən mühüm mərhələdir.

Konsepti doğru seçmək zamanın nəbzini tutmaq kimidir...

Bəli eynən. Zaman demişkən, bu layihələr üçün tələblərdən biri də ekoloji dayanaqlı materialların istifadəsi idi (sustainability). Tod’s üçün innovasiya və yaradıcılıq vacib olsa da, irsin qorunması və davam etdirilməsi vacib amillərdir.

Eynən Made in İtaly anlayışı kimi, doğrudur? Amma Tod’s kimi dəri üzərində qurulmuş brendlər üçün məncə bu keçid dövrü asan dövr deyil.

Bəli, ənənəni saxlamaq onlar üçün vacibdir. Tod’s markasının əsas məhsulları dəri sumka və ayaqqabıdır. Məsələn, bu brendin baş qərargahında mənim ən çox yadımda qalan məkan dəri arxivi idi. İnanilmaz geniş çeşidli arxiv idi. Hazırkı keçid dövründə dəri qədər keyfiyyətli alternativlər tapmaq elə də asan deyil və bu keçid onlar üçün ciddi mövzudur. Təbii ki, yalançı dəri istifadəsi məsləhətli deyil, keyfiyyəti müştərinin gözləntisini doğrultmur. Doğru material seçimi də araşdırma tələb edirdi. Sonda seçimim hazırda istifadəyə gəlməyə başlayan göbələk dərisi və ananas yarpağının liflərindən alınan pinyateks adlanan alternativ dəri oldu. Bu dəriləri İtaliyada tapmaq elə asan deyil, İspaniyadan sifariş etdim.

Çox maraqlı məqamdır, bu keçid dövru təkcə zövqlərdə baş verən dəyişikliklə yekunlaşmayacaq, həm də təhcizat zəncirinin konyukturasını dəyişəcək. Bəs digər tələbələr hansı alternativ materiallardan istifadə etmişdilər, bu ilk mərhələrnin sonunda kolleksiyalar arasında seçim edildi?

Bütün tələbələr dəriyə alternativ ola biləcək müxtəlif materiallar üzərində işləmişdir. Xeyir, kolleksiyalar arasında seçim edilmir. Bu ilin Tod’s Akademiyası üçün 20 tələbə seçilib və sona qədər 20 tələbə və tələbələrin yaratdığı 20 kolleksiya ilə davam edirik. Mənim kolleksiyamın təqdimatında münsiflər heyətinin tərkibi Tod’s markasının kreativ direktoru Ualter Çiapponi, Vogue jurnalının uzun illər moda bölməsinin direktoru olmuş, stilist və hazırda ekoloji dayanıqlıq üzrə yazarı Tonne Goodman və Vogue İtaliya jurnalının “Vogue istedadlar” layihəsinin rəhbəri, İtaliya Moda Palatasının moda səfiri Sara Mainodan ibarət idi. Mentorum isə əfsanəvi Tonne Goodman oldu. [red.Bir çox dünya məşhurlarının stilisiti olmaqla yanaşı, Tonne Goodman ABŞ-ın Birinci Xanımı Cill Baydenin Vogue jurnalının üz qabığı üçün son çəkilişlərinin stilisiti olmuşdur.]

Bu 20 kolleksiya üçün növbəti mərhələ nə olacaq?

Bu bizim üçün də sirrdir. Məlumatı ən tez bir həftə əvvəl bilirik. Hələ ki, heç bir məlumatımız yoxdur.

Gələcək planlarınız?

Fevralın sonu dissertasiyanı müdafiə etdikdən sonra Maranqonini bitirəcəm. Magistratura təhsili alsam, yəqin ki, moda biznesinin idarə edilməsi üzrə təhsil alaram. Bir markanın yaradılması üçün təkcə dizayner olmaq kifayət deyil, asan görünür, amma heç də asan iş deyil. Əvvəl təcrübə toplamaq istəyərdim.

Hazırda Alessandro Vigilante markasında təcrübə keçirəm. Bu yeni brenddir, yaradıcısı öz adı altında yaradıb və işini çox uğurlu qurub. Artıq Milan Moda Həftəsində iştirak etdi, bu ilin San Remo festivalının iki iştirakçısını biz geyindirdik. Həmin kostyumların eskizini mən hazırlamışdım. Alessandro Vigilante öz markasından əlavə Attico markasının da yaradıcı direktorudur. Bundan əvvəl isə Gucci, Dolce Gabana, Philosophy kimi brendlərdə məşhurların dizayneri kimi çalışıb. Artıq əvvəlki təcrübəsindən irəli gələrək moda sisteminin içindədir. Eyni zamanda kiçir şirkətdir deyə hər işi bir yerdə eləyirik, çox şey öyrənirəm və fikirləşirəm ki, bu mənim üçün uyğun yerdir. Böyük brendlərdə adətən iş bölgüsü olur və markanın tam işini anlamaq çətin olur.

1 martdan Rossignol brendində kiçik moda dizayneri kimi işə başlayacağam. Bu lüks üst geyimləri üzrə ixtisaslaşmış fransız markasıdır.

Bəs dissertasiya üçün hazırladığınız kolleksiya var?

Son il üçün hazırladığımız kolleksiya həm də bizim dissertasiya işimiz ola bilərdi. Lakin eyni kolleksiyanı təqdim etmək mənə darıxdırıcı gəlirdi. Ona görə dissertasiya üçün moda filmi hazırladım. Seçdiyim mövzu sosial təbəqələşmə və təbəqələr arasındakı fərqlərə aid idi. Filmi hazırlamaq üçün yayda Bakıda olanda Port Baku Mallda, Milanda və hətta Linkedİn sosial platformasında bu sektora aid insanlarla tanış olub sorğu apardım. Sorğunun məqsədi geyim və görüntünün insanların rəftarına təsirini araşdırmaq və anlamaq idi. Sorğumun nəticəsi maraqlı idi. Bu dövrlərdə təbəqələr arasında fərqlərin əriməsi haqqında çox iddialar səsləndirilir. Lakin apardığım sorğunun nəticələri əksini göstərirdi. Bəli, qədimdə bu göstəricilər daha aydın idi – məsələn, qədim Romada yalnız yuxarı təbəqə Toqa üst geyimi geyinə bilərdi və qırmızı Toqa yalnız imperatora məxsus idi. Günümüzdə təbəqələr arasında geyim qaydaları bu qədər sərt olmasa da, keçmiş zamanlarda olduğu kimi sosial təbəqəni bəlli edən göstəricilərdən biridir və eynən keçmiş zamanlarda olduğu kimi, orta təbəqə yuxarı təbəqəni imitasiya edir. Məsələn, Hermes, Louis Viutton yuxarı təbəqənin brendləridir və Zara kimi sürətli moda (“fast fashion”) markaları davamlı bu moda evlərinin imitasiyası ilə məşğuldur. Filmdə bu fikrin davamı olaraq lüks nə deməkdir sualına cavab tapmağa çalışmışam.

Azərbaycanda sizin sahənizdə Made in İtaly tərcübəsindən necə yararlanmaq olar? Gənc nəslə öz təcrübənizdən irəli gələn tövsiyyəniz nə olardı?

Bu sahə üzrə çox istedadlı gənclər var. Xüsusən rəsm sahəsində, məncə, gənclərimiz çox istedadlıdır. Fikrimcə, moda üzərində daha çox çalışılmalıdır, yəni iki-üç aylıq kurs keçmək kifayət deyil, daha dərindən öyrənmək lazımdır. Bu sahə üzrə dörd illik universitet olsa, akademik təhsil olsa məncə yaxşı mütəxəssislərimiz yetişər. Bakıda gənclər dəbi çox sevirlər, ancaq məncə moda dizayneri anlayışını çox sadə qəbul edirlər. Moda dizayneri olmaq təkcə atelye açmaq demək deyil, yalnız dərzilik deyil. Yəni bu qədər sadə anlayış deyil. Eyni fikirlər məncə moda sektoruna aid digər peşələrə, məsələn bayer peşəsinə də aiddir.

Yəni, moda dizayneri sosial cərəyanları anlamalı və bu cərəyanların cəmiyyətin zövqündə yaradacağı dəyişiklikləri proqnoz etməyi bacarmalıdır?

Bəli, zövqlərdə baş verəcək dəyişikliyi əvvəldən proqnoz etməyi bacarmalıdır, sosial tendensiyaları interpretasiya etməyi bacarmalıdır. Moda tədbirlərinin təşkilinə konseptual yanaşmaq vacibdir. Kommunikasiya strategiyasının olması mühümdür. Amma bununla yanaşı, inanıram ki, akademik səviyyədə təhsil mövcud olsa, uğurlu alınar. Dialoq yaratmaq maraqlı fikir olardı. Artıq beynəlxalq səviyyədə uğur qazanmış bir neçə moda dizaynerimiz var, onların iştirakı ilə seminarlar və s. təşkil etmək müsbət nəticələr verər. Bizdə əl işləri çox mükəmməldir, məsələn keramika, xalçaçılıq işləri çox gözəldir. Bu ənənəmizdən faydalana bilərik. Gənc nəslə tövsiyyəmə gəldikdə isə, deyərdim ki, moda sektorunda tənqid həmişə var. Bu tənqidləri dinləyin, amma çox fikir verməyin, öz fikir və arzularınızın ardınca gedin.

Məqaləni ingilis dilində buradan oxuya bilərsiniz

Filed Under: Qaloş Jiquli, Uncategorized Tagged With: Azerbaijan, azərbaycan, fashion, fashion design, fashion designer, moda

ACT N1 – Qalib Həsənov. Moda

December 23, 2021 by Aynura Maye

Moda markası: Act N1
Həm-yaradıcılar: Qalib Həsənov və Luca Lin
İnternet mağazası: actn1.com

“Qaloş Jiquli” silsilə müsahibələrin ilk qonağı Milanda yeni parlayan moda dizayneri, ACT N1 markasının həm-yaradıcısı Qalib Həsənovdur. Qalibin yaratdığı geyimlər sadəcə geyim deyil, konseptdir, sosial ünsiyyət vasitəsidir. Onun dizaynlarının səciyyəvi xüsusiyyəti təzadlı elementləri bir geyimdə birləşdirməkdir. Hazırladığı geyimlər uşaqlıq xatirələrinin ifadə formasıdır.

Qalib Həsənov (sol), Luca Lin (sağ) – Act N1 moda markasının həm-yaradıcıları. Mənbə: actn1.com

Salam Qalib. Səhv etmirəmsə, 2017-ci il idi, İtaliyada müxtəlif tanışlarım Azərbaycanla bağlı bir xəbəri mənə yönləndirirdilər. Xəbər Qalib Həsənov adlı azərbaycanlı gənc moda dizaynerinin Luca Lin adlı gənc çinli dizaynerlə Vogue İtaliya və AltaRomanın birgə təşkil etdiyi müsabiqədə qalib gəlməsi barədə idi. Anladığım qədər bu yarış çox rəqabətli yarışdır. Ümumilikdə bu müsabiqə və necə oldu ki, bu müsabiqədə iştirak etdiniz, hansı dizaynla iştirak etdiniz – bu barədə danışın zəhmət olmasa. 

Artıq üçüncü kolleksiyanı hazırlayırdıq ki, bu müsabiqə haqda məlumatlandıq və işlərimizi göndərdik. Bir neçə turdan sonra finala keçdik. ”Who is on Next?” adlanan bu müsabiqə İtaliyada yaranan gənc markalara dəstək məqsədi ilə 2005-ci ildə yaradılıb. Moda sektorunun inkişafında əhəmiyyətli rol oynayır. Xüsusən, biz iştirak etdiyimiz il – 2017-ci ildə münsiflər heyəti moda dünyasının tanınmış simalarından təşkil olunmuşdur. Onlardan bir neçəsini sadalayım – Fendi moda evinin hazırkı dizayneri və Fendi ailəsinin davamçısı Silvia Venturini Fendi; Valentino moda evinin dizayneri Pier Paolo Piccioli, eyni adlı markasını yaratmış dizayner Giambattista Valli, Vogue jurnalının 25 müxtəlif dildəki rəqəmsal nəşrini birləşdirən Online Vogue İnterational seqmentinin baş redaktoru, OBE titulunun daşıyıcısı, britinaliyalı moda tənqidçisi Suzy Menkes, Vogue İtalia jurnalının xüsusi layihələr üzrə direktor müavini, İtaliya Moda Palatasının beynəlxalq moda səfiri Sara Maino münsiflər heyəti sırasında idilər. 

Qalib Həsənov və Luca Lin Vogue Italia jurnalının baş redaktoru Emanuele Farneti və Silvia Venturini Fendi ilə. Vogue İtalia və Altaromanın birgə təşkil etdiyi “Who’s on Next?” müsabiqəsi. 2017-ci il. Mənbə: Qalib Həsənov

ACT N°1 markasını biz 2016-da yaradıcı ortağım Luca Linlə öz uşaqlıq xatirələrimiz əsasında qurmuşuq. Kolleksiyalarımızda mütəmadi olaraq sosial məsələlərdən, problemlərdən, insan azadlıqlarından və bizə məxsus mədəniyyətlərdən bəhs edirik. Elə həmin müsabiqədə təqdim etdiyimiz kolleksiya insanların dinindən, dilindən, irqindən, genderindən asılı olmayaraq birlik olub bir-birinə hörmətlə, sevgiylə yanaşmasından bəhs edirdi. Geyimlərdə Azərbaycan xalçalarına aid detallardan, Çinin tarixi sulu boyalarından ilhamlanaraq düzəltdiyimiz basmalardan istifadə etmişdik. İşimiz ümumilikdə münsiflərə çox gözəl təəsüratlar bağışlamış, yüksək qiymətləndirilmiş və bizə qələbə gətirmişdi.

https://www.instagram.com/p/BWUm-OZHneL/?utm_source=ig_web_copy_link
Luca və Qalibə qələbə qazandıran kolleksiya. 2017-ci il.

Amma artıq bu vaxta qədər öz moda şirkətinizi yaratmışdınız, doğrudur? Necə, harda yaratdınız? Hansı kateqoriya üzrə dizayn edirsiniz, qiymət siyasətiniz necədir?

Bəli, Milanda moda dizaynı və bədii idarəetmə üzrə təhsil aldıqdan sonra 2016-cı ildə Reggio Emilia şəhərində ortağım Lucanın evində iki otaqda ACT N°1 markasını qurduq. Özümüz biçmə-tikmə bacardığımız üçün çox az vəsaitlə başlayıb irəliləyə bildik. Qadın geyimi ilə başlasaq da zamanla uniseksə keçdik. Hazırda kişi geyiminə də başlayırıq. İndi dünyanın 80-dən artıq çoxmarkalı butikində şatışdayıq. Markamız İtaliyadan başqa ABŞ, Çin, Yaponiya və digər ölkələrdə də bazara daxil olmuşdur. ACT N°1 markasının satış mövqeyi lüksə giriş olaraq tənzimlənib, qiymət civarı Max Mara ilə müqayisə oluna bilər. 2021-ci ilin Fevral və Sentyabr aylarında iki dəfə ACT N°1 x Marella limited kapsul kolleksiyasını bütün dünyadakı Marella butiklərində müştərilərə təqdim etmişik.

Milan Kral Sarayı. Kariatidi zalları. ACT N1 defilelərinin təşkil olunduğu məkanlardan biri. Mənbə: Qalib Həsənov

Bu qələbənin nəticəsi olaraq İtaliya Moda Palatası sizi Milan Moda Həftəsinin rəsmi kalendarına daxil etdi. Bu kalendar üzrə ildə dəfileniz neçə dəfə olur? Həm də hazırlıq prosesi barədə bir az bizə danışın zəhmət olmasa. 

2018-ci ilin sentyabrından mütəmadi olaraq ildə iki dəfə, sentyabr və fevral aylarında Milan Moda Həftəsində rəsmi cədvəldə nümayişimiz olur. Numayiş mətbuatın, alıcıların, kritiklərin cəmləşdiyi böyük bir layihədir. İki ay yeni kolleksiyanın hazırlanması, musiqi, işıqlar, quraşdırma, beş gün isə kasting/fitting və s. üzərində çalışırıq. İşin ən çətin tərəflərindən biri məkan seçimidir. Milan Texnologiya Muzeyi və Kral sarayının zallarından biri ən yaddaqalan məkanlarımızdan olmuşdur.

Milan Elm və Texnika Muzeyi. Mənbə: Qalib Həsənov

Diqqəti Azərbaycana yönəldək. Bilirəm ki, həvəskar gənclərlə ünsiyyətdəsiniz və müəyyən bir layihələr həyata keçirirsiniz. Sizcə, Made in İtaly təcrübəsindən hansı istiqamətlərdə faydalanmaq olar və hansı sahələrdə potensial görürsünüz? 

Hazırda interyer sahəsində gənclərdə çox potensial görürəm. Ancaq moda sahəsində bunu hiss etmirəm. Bir neçə gənc var, lakin ya şəraiti yoxdur, ya yaradıcılığını büruzə verməkdən çəkinir. Hər şeyin başında özünə inam durur. Dayanmamaq, ətrafa baxmaq, fərqli sahələrə maraq göstərərək inkişaf etmək lazımdır. İtaliyan təcrübəsindən məncə nəticə çıxarmaq lazımdır. Öyrənməklə və tətbiq etməklə industriya qurmaq lazımdır.

https://www.instagram.com/p/CWX4P_-tuZd/?utm_source=ig_web_copy_link

Fikrinizdə mədəniyyət, moda və dizayn istiqamətlərində konkret bir plan varmı ki, həyata keçirmək istəyərdiniz?

Mənim fikrimdə bir neçə sahəni inkişaf etdirmək üçün planlar var. İstər incəsənət, istərsə iqtisadiyyat sahəsində. İstəyim odur ki, Azərbaycanda bu sahədə tanınmayan, özünü sınamaq istəyən qabiliyyətli gənclərin potensialı ortaya çıxsın, parlaq gələcək qursunlar. Böyük teatr tariximiz var, lakin, fikrimcə, orada olan geyimlərin keyfiyyətinin qaldırılması lazımdır. Milli geyim irsimiz çox zəngindir. Düşünürəm ki, həm bu irsi inkişaf etdirmək, həm də bu geyimlərin keyfiyyətli hazırlanması üçün meyarlar müəyyən etmək çox yaxşı olardı. Ümumiyyətlə, fikirləşirəm ki, bu sahədə çox ciddi işə ehtiyac var.

https://www.instagram.com/p/CXQu8RqNpu7/?utm_source=ig_web_copy_link

Sizin kimi arzularının ardınca getmək istəyən azərbaycanlı gənclərə bu illərin sizə öyrətdiyi məsləhət nə olardı?

Heç nəyi bəhanə gətirmək lazım deyil. Arzularınızın arxasınca gedin. Qorxmadan, çəkinmədən özünüzü ifadə edin. Ətrafa baxın, araşdırın, insan öyrəndikcə böyüyür. Tez-tez ”mümkün deyil!” eşidəcəksiniz, qulaq asmayın. Əsas sən özün inanırsansa, hər şey həyata keçəcək.

Filed Under: Qaloş Jiquli Tagged With: actn1, aynura maye, azərbaycan, dəb, fashion, moda, Qalib Həsənov, Qaloş Jiquli

Milan Fashion Week SS21: Thousand Faces of a Dream?

September 26, 2020 by Aynura Maye

I wonder whether the fashion has ever been really about fashion. I always thought of the fashion as the mirror of the spirit of its time. Yet, on the last day of the Milan Fashion Week, looking back the previous years, I think fashion means way more. It may also harbinger big social changes yet to occur. As close as three years ago, the runways were all about experimental deconstruction. To a point it was hard to understand what we feel about them. Now, in the midst of social, political, environmental crisis and debilitating pandemic, I, in retrospect, want to allow myself to believe that fashion or designers were heralding this perfect chaos. This crippling predicament that we’ve put out on the face of the world after seasoning it for some years inside the dark alleys of our mind.

https://www.instagram.com/p/CFrfag2IHrs/

One may ask, what these thoughts have to do with this week of fashion? Now, going carefully over the shows, I see one major line, one dream. A theme that to my mind, have been replayed and brought to runways and our screens in a thousand different ways. Each house and brand, in its own way, played the idea of going back to roots, home and DNA – the guarantor of serenity and tranquility. In times of unprecedented discord and agitation to feel once again in charge of life to recharge and re-orient. To be able to be hopeful again.

View this post on Instagram

A post shared by Giorgio Armani (@giorgioarmani)

Thousand shapes of one story

Although at first sight unlikely, each of these houses played the same theme in line with their core values. Maybe the most direct take came from Valentino by going back to Italy, its country of birth. Dolce & Gabbana revisited the patchwork tradition of its home, Siciliy with a grotesque set design. Etro, likewise, paid a tribute to its roots in a very Etro-ish colorful presentation. In total contrast to the splash of bright colors, Fendi had its models walk down dreamy, delicate white runway decorated with nostalgic yet kind of romantic white curtains… once again, in a tribute to its family traditions. Luisa Beccari, in a poetic way, dedicated the show to her own family. Holding tight to its DNA, the rule-breaker Missioni was home again. Probably the only house capable of elevating knitwear to high fashion and extending it into home and lifestyle, Missioni reversed seasons, revealing autumn-winter collection (to me, rightfully). Armani, who rose and shone with fabrics, went back to roots in his own way. We’d just witnessed a showcase of fabrics of almost ambrosial taste. Versace, born out of the instinctual lust and subterranean carnal desires was back in chthonic land of the Gorgons. Prada occupied itself with “a fundamental examination of the meaning of Prada”. Moschino outdid itself with its already viral doll show in quest of reinventing its DNA of playfulness. Even an emerging brand, Act-1, which is born out of bottomless doubts and identity crisis once more considered this dreadful theme against the staggering reality we live now.

https://www.instagram.com/p/CFprTTwhmzZ/

More Earth Colors, More Flowers

View this post on Instagram

A post shared by Alberta Ferretti (@albertaferretti)

What I am writing next may sound bizarre. Maybe it’s kind of bizarre. Fashion houses, regardless their story of inspiration, have seriously resorted to the Earth Colors. This palette, besides being a bare testimony of us painfully and slowly waking up to our prejudices, has a distinct meaning. Starting from the milkiest beige tone to the dark brown the earth colors symbolize the Earth, the mother earth, the mother, the safe harbor. Resorting to this color palette, to me, says a lot about our state of mind. To this train of thought we can easily add green color (Mother Nature), and flower details.  

View this post on Instagram

A post shared by Valentino (@maisonvalentino)

When the drives behind manifestations are studied, really the pieces of the puzzle come together – the cry of our soul to feel safe again expressed in so many different ways and colors. The stories of inspiration revolved around what we long for – returning home, roots, family or brand DNA. To bath in the unfailing serenity and tranquility to recharge and re-orient.

View this post on Instagram

A post shared by Elisabetta Franchi (@elisabettafranchi)

Filed Under: Fashion, Fashion & Myths Tagged With: fashion, fashion symbols, Fashion Week, italian, italian fashion, Milan, milan fashion week, moda, spring-summer 21, ss21, symbols

Footer

Aynura Maye

Currently exploring the know how of Made in Italy through the stories of those who create it. Individuals.

Also, tracking fellow youth from my land Azerbaijan who built themselves in Italy.

Enjoy xx

Aynura

More

Subscribe

For Exciting Discoveries

info@fashionsymbols.com

  • Email
  • Facebook
  • Instagram
  • LinkedIn
  • Twitter
  • YouTube

From the Blog

Gaetano Castelli. Master of Set Design

By Aynura Maye

Co.Ro. Jewels – Wearable Architecture

By Aynura Maye

Invisible Shades of Success. Artist Designer Fidan (Ilqar) Abdullazade

By Aynura Maye

Copyright © 2025 · Infinity Pro on Genesis Framework · WordPress · Log in